BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7932
  • RUB
    0.0173
  • TRY
    0.0495
  • GBP
    2.1562
9618

"Dünya Bankı Azərbaycanla müxtəlif sahələrdə uzunmüddətli tərəfdaşlığa malikdir və əgər Azərbaycan hökuməti istəsə azad edilmiş torpaqlarının bərpasına da IBRD öz dəstəyini göstərməyə şad olar".

Valyuta.Az xəbər verir ki, bunu “Report”a müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.

“Təmsil etdiyim bankın tərkibinə ayrı-ayrı maliyyə institutları daxildir, onlardan biri də IBRD adlandırdığımız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. IBRD-nin ərazilərin bərpası ilə bağlı təcrübəsi də var.

Mən tarix müəllimi deyiləm, amma onu xatırlada bilərəm ki, II Dünya müharibəsindən sonra IBRD Avropanın yenidənqurma ehtiyaclarına cavab verməyə başlayıb. Beləliklə yenidənqurma və münaqişədən sonra bərpa bizim DNT-mizdədir deyə bilərəm.

Bunun səbəblərindən biri bizim qlobal olaraq mövcud olmağımızdır. Əsas işimiz münaqişə sonrası yenidənqurma işlərinə və ölkələrin münaqişəyə girmə potensial risklərindən qaçınmalarına kömək etməkdir. Həmçinin münaqişədən sonra bərpa işlərinin görülməsində qlobal təcrübəyə malikik.

Şübhəsiz ki, hökumətin hansı yenidənqurma ehtiyaclarına sahib olmasından asılı olaraq biz ona kömək edirik”.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırırb.

Azərbaycan IBRD-də 0,13 % paya malikdir və 2 371 səhm əldə edib. Bu səhmlər ölkəmizə 286 milyon ABŞ dollarına başa gəlib. Başqa sözlə, 1 səhmin nominal dəyəri təxminən 120 625 ABŞ dollarıdır. İndi isə hökumət öz payına uyğun olaraq daha 505 yeni səhm əldə etməyə hazırlaşır. Bunun isə dəyəri 60,915 milyon ABŞ dollarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezidentdən yeni məzmunlu təhsillə bağlı SƏRƏNCAM

Türkiyədə kirayə haqqına məhdudiyyətin aradan qaldırılması mənzil bazarını canlandırıb

Arif Ağayev yüksək vəzifəyə TƏYİN OLUNDU

Arif Ağayev yüksək vəzifəyə TƏYİN OLUNDU

SOCAR “yaşıl istiqraz” buraxmağa qərar verib

Sabah bəzi yerlərdə duman olacaq

"Topxana Layihə İnşaat" MMC bir gündə iki tenderin qalibi oldu - 434 minlik müqavilə

COP29-da ESG prinsiplərinin ARDNF-nin investisiya strategiyasına inteqrasiyası müzakirə edilib

Bakının bəzi ərazilərdə bir gün su olmayacaq

Pensiya alan işdən azad olunarsa hesablanma necə olur? - CAVAB

Əlavə vəsait tutan taksi şirkətlərinə xəbərdarlıq edildi

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandı®

Bərpa olunan enerji sahəsində hədəflərə çatmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb

Pensilvaniya "Bitcoin"i ştat ehtiyatına daxil etməyi planlaşdırır

Pensilvaniya "Bitcoin"i ştat ehtiyatına daxil etməyi planlaşdırır

Rusiya iqtisadiyyatı 2025-ci ildə ciddi problemlərlə üzləşəcək

COP29-da bərpa olunan enerji üzrə ilk hərracın nəticələri elan edilə bilər

Sifarişləri azalan "Siemens" böyük ixtisarlara hazırlaşır

Sifarişləri azalan "Siemens" böyük ixtisarlara hazırlaşır

Sığortaedənlərin sayı 4,49 faiz artıb

10 ayda büdcəyə vergi daxilolmaları 14 milyard manatı keçib

Bakıda taksi qiymətləri ucuzlaşıb - Şirkətlərdən açıqlama

Məlumat İdarəetmə Mərkəzi işçilərin sığortasına 72 min manat ayırdı - Qalib şirkət

Bu şəxslər 6 min manat cərimələnəcək (VİDEO)

Bu gündən yaşayış binalarına istilik verilməsinə başlanır

Neftimiz cüzi ucuzlaşıb

Dağlıq rayonlarda 5 dərəcə şaxta olub

ABŞ-da siyasətdən "qaçmaq" istəyənlər üçün 4 illik dünya səyahətinə çıxan kruiz buraxılıb

Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilir

“VTB Bank Azərbaycan” qazana bilmir - Mənfəətində kəskin azalma

Mikayıl Cabbarov Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşdü

Manatın avro, rubl və lirə qarşısında bahalaşması davam edir - Məzənnə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin