"Gilan" Holdinq cərimələndi
Dövlət Yol Polisi (DYP) "Kafur-Pas" MMC barəsində inzibati qaydada protokol tərtib edib.
Tərtib edilən protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.
Belə ki, sözügedən şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, "Kafur-Pas" MMC "Gilan" Holdinqin təsisçiliyi ilə yaradılıb.//Unikal
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay