Xəbər
14.03.2021 / 11:22
İstefa verən məmurların yerini onlar tutacaq - ADLAR
9076
Xəbər verdiyimiz kimi, Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefa verib. Onların boş qalan vəzifələrinə Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında təyinatlar olacaq.
"Yeni Sabah” həmin boş qalan yerlərə təyin olunacaq namizəslərdən ikisinin kimliyini öyrənib. Palatadan sayta bildirilib ki, boş qalan 4 vəzifə yerindən ikisinə Vəfa Mütəllimova və Cavid Bayramov təyin olunacaq. Artıq onlarla bağlı lazımı təqdimatlar Milli Məclisə göndərilib.
V. Mütəllimova hazırda Palatada çalışır. O icmal büdcə və strateji təhlil şöbəsinin müdiridir.
C. Bayramov isə palatanın Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay