Xəbər
05.03.2021 / 17:29
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
8598
“Agrarco” MMC tərəfindən Zaqatala rayonunda yeni fındıq emalı fabriki tikilir.
İqtisadiyyat nazirliyindən Valyuta.az-a verilən məlumata görə, hazırda müəssisədə son tamamlama işləri aparılır.
İldə 7 min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri açılacaq.
Ümumi investisiya dəyəri 34,3 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.
Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay