BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
8445

Çoxsaylı sorğuları nəzərə alaraq Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) COVID-19 pandemiyası səbəbindən ləğv edilən reyslərin aviabiletlərinin yenidən təxsis edilməsi şərtləri barədə məlumat yayıb.

"Azərbaycan Hava Yolları" QSC-dən bildirilib ki, AZAL və “Buta Airways” aviaşirkətlərinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.

Belə ki, AZAL sərnişinlərinə uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirmək təklif olunur. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.

COVID-19 pandemiyası səbəbindən “Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər, tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.

“Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.

AZAL və “Buta Airways” sərnişinləri biletlərin dəyişdirilməsi üçün müvafiq olaraq “[email protected]” və “[email protected]” ünvanları vasitəsilə, həmçinin müvafiq olaraq //help.azal.az/hc/az/requests/new və //help.butaairways.az/hc/az/requests/new linkləri ilə geri əlaqə forması vasitəsilə aviaşirkətlərin çağrı mərkəzlərinə və ya aviabiletlərin alındığı yer üzrə müraciət edə bilərlər.

Hər iki aviaşirkətin sərnişinləri yalnız bir dəfə aviabileti ödənişsiz yenidən təxsis edə bilərlər.

Aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür.

Vauçer AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə biletlərin alınması üçün etibarlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Revolut" kripto ticarətini 30 bazara genişləndirir

"Ford" tarixinin ikinci ən böyük cəriməsini aldı

İki şirkət arasında icarə mübahisəsi

"iPhone" artıq lider deyil - Ən yaxşı ekrana malik smartfonlar açıqlandı

"Mitsubishi" seriyasındakı ən problemli avtomobilin adı açıqlandı

DOST Agentliyi 900 min manatlıq mebel alır

AMD 1000-ə yaxın əməkdaşını ixtisar edəcək

Naxçıvanda Treninq və Stimulyasiya Mərkəzi tikilir

Dövlət müavinətini alanlar Almaniyanın siyasi böhranından faydalanacaq

Elektrikli avtomobil satışlarında yeni qlobal rekord qeydə alındı

"Microsoft" "Mail" və digər klassik proqramlara dəstəyi dayandırır

"Apple"a 3.8 milyard dollarlıq təzminat davası açıldı - Təfərrüatlar

300 illik sirli boyunbağı hərracda rekord məbləğə satıldı - "Tarixin inanılmaz şahidi" - FOTO

300 illik sirli boyunbağı hərracda rekord məbləğə satıldı - "Tarixin inanılmaz şahidi" - FOTO

Mikayıl Cabbarov Böyük Britaniyanın naziri ilə görüşdü - Qarşılıqlı biznes müzakirə olundu

Alman limanlarına Rusiya qazını qəbul etmək qadağan edildi

"Samsung"un səhmləri son 4 ilin ən aşağı səviyyəsinə endi

Türkiyə "X"i 1 milyon 470 min lirə cərimələdi

"Meta" inhisarçılıq ittihamı ilə yenidən məhkəmə qarşısında

Menecer: “ACWA Power” 2025-ci ilin sonunadək Azərbaycanda 240 MVt gücündə KES-i tam istifadəyə verəcək”

İnnovasiya və Təchizat Mərkəzi 15 milyonluq ambulans alır

Təhsil müəssisələrində 2,5 milyonluq təmir

Bakı metrosunun modernləşdirilməsinə və genişləndirilməsinə dəstək veriləcək

Kredit kartlarındakı çiplər - Onlar təhlükəsizliyi necə qoruyur?

Bu il 100 min hektara yaxın ərazidə pambıq əkilib

Araz Su Elektrik Stansiyasının əsaslı təmiri ilə bağlı tender ləğv edildi

"Son 30 ildə Azərbaycan CAREC ölkələrinə 4,2 milyard ABŞ dolları birbaşa investisiya yatırıb" - Mikayıl Cabbarov

"Son 30 ildə Azərbaycan CAREC ölkələrinə 4,2 milyard ABŞ dolları birbaşa investisiya yatırıb" - Mikayıl Cabbarov

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb

Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? - DİN-dən RƏSMİ AÇIQLAMA

Gül kələm və brokkoli xaricdən alınandan dəfələrlə baha satılır - Qiymətlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin