Azərbaycanın standartlaşdırma sistemi beynəlxalq sistemə keçiriləcək
Azərbaycanda standartlaşdırma sisteminin 2021-2025-ci illərdə beynəlxalq sistemə keçirilməsi ilə bağlı uyğunlaşdırılma işləri aparılır.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev “Caspian Energy Club”ın təşkil etdiyi “Online B2G Forum”da çıxış edərkən deyib.
Onun sözlərinə görə, qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq İnstitut bu sahədə mühüm addımlar atıb.
“Bunlardan biri də “Standartlaşdırma” və “Texniki tənzimləmə” haqqında qanunların işlənib hazırlanması və qəbulu üçün təqdim edilməsidir. Bu qanunlar digər ölkələrin bu istiqamətdə həm müsbət həm də mənfi təcrübələri təhlil edilib nəzərdən keçirilərək işlənib hazırlanmışdır”, - deyə N. Tağıyev qeyd edib.
Forumda “Caspian Energy Club”ın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərdiyi bildirilib. Bu işçi qrup çərçivəsində standartlaşdırma, akkreditasiya, metrologiya, sertifikatlaşdırma və s. məsələlər aktiv müzakirə olunması və sahibkarlar üçün bu istiqamətdə maarifləndirmə tədbirləri keçirilməsi təklif olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay