Bu bazarlar araşdırılacaq - KOBİA
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) balıq istehsalı sektorunda və tikinti sahəsində daxili bazar araşdırmasının aparılması məqsədilə Sage Solutions LLC şirkətini cəlb edib.
Valyuta.Az xəbər verir ki, şirkətlə imzalanan birinci müqavilə “Balıq məhsullarının istehsalı və satışı” layihəsi çərçivəsində daxili bazarın araşdırılmasına yönəlib.
İkinci müqavilə dizayn, təmir və tikinti sahəsində daxili bazarın araşdırılmasının aparılmasını nəzərdə tutur.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay