Baba Rzayev İsrail səfiri ilə müzakirələr apardı
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İsrailin Azərbaycandakı səfiri Corc Dikin görüşü olub.
Valyuta.Az quruma istinadla xəbər verir ki, görüşdə Azərbaycan və İsrailin enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr aparılıb.
İsrail səfirinin 44 günlük Vətən Müharibəsi zamanı, daha dəqiqi ötən ilin 23 oktyabr tarixində erməni terrorçuları tərəfindən törədilmiş raket hücumlarının fəsadları ilə tanış olmaq məqsədi ilə Gəncə və Mingəçevir şəhərlərinə səfər etməsi, o cümlədən ermənilərin hədəfə aldığı Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan İES”də olması görüş zamanı xüsusi xatırlanıb.
Görüşdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən enerji layihələri, o cümlədən xarici investorların layihələrə maraq göstərməsi ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay