17.02.2021 / 11:16
\"Neqsol Holding\"in baş direktorlarından biri istefa verdi
7708
“Neqsol Holding” MMC-də baş hüquq direktoru olan Emin Kərimov vəzifəsindən ayrılıb.
Valyuta.Az xəbər verir ki, bu barədə banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
E.Kərimov bu vəzifəyə 2018-ci ilin mayında təyin edilmişdi.
O, 2019-cu ilin dekabrından “Neqsol Holdinq”in Ukraynada satın aldığı “Vodafone” telekommunikasiya şirkətinin Direktorlar Şurasının üzvü idi. O, həmçinin həmin vəzifədən də istefa verib.
E.Kərimov 2015-ci ilin sentyabrından 2017-ci ilin mayına qədər “Kapital Bank” ASC-nin Hüquq departamentinin direktoru və 2017-ci ilin mayından 2018-ci ilin mayına qədər “PwC Azerbaijan”da isə hüquq üzrə baş menecer kimi çalışmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay