BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
63361

Bir neçə gündür regional təhsil idarələrində fəaliyyət göstərən metodistlərin işdən azad olunması ilə bağlı paylaşımlar edilir. Lənkəran-Astara Regional Təhsil İdarəsində 18, Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaş işdən azad edilib. Buna səbəb isə qurumun daxilində fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.

Maraqlıdır, artıq metodistlərə ehtiyac yoxdur?

Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev açıqlamasında bildirib ki, təhsilin inkişafından danışılan bir vaxtda metodistlərə ehtiyac var: "Metodistlər əvvəllər rayon təhsil idarələrinin tərkibində fəaliyyət göstərirdi. Metodist müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən, tədrisini aparan təhsil idarələrinin təkmilləşdirilməsi istiqamətində müəyyən dəstək göstərən şəxsin vəzifəsi idi. Onlar ixtisasın, tədrisin inkişafında təhsil verənlərə müəyyən dəstəyin göstərilməsini həyata keçirirdilər. Müasir dünyada hər bir fənnin müasir tədris metodikası var. Metodistlərin belə zamanda gənc müəllimlərə dəstək göstərməsi, əməyin təkmilləşdirilməsi, ixtisasın tədris olunmasında iştirakı çox vacibdir. Mən təhsil idarələrində metodistlərin işlərinə son verilməsinə qarşıyam. Həmin idarələr məktəblərdə yoxlamalar keçirəndə metodist müəllimlərin iştirakı mütləqdir. Bu gün onların fəaliyyətinə son verilməsi gündəmə gəlirsə, yəqin ki, metodistlərə ehtiyac olmadığını düşünürlər".

Ekspertin sözlərinə görə, idarələr tərəfindən metodistlərin işlərinə son verilməsi onların fəaliyyətsizliyi ilə əlaqəli ola bilər: "Metodistlərin fəaliyyətsizliyini görüb onları işdən azad etmək yerinə, onlar üçün müxtəlif fəaliyyət formaları, növləri, istiqamətləri yaratmaq lazımdır. Fənn müəllimləri ilə onların görüşdürülməsində, inkişafı istiqamətində tövsiyələrin verilməsində, fənlər üzrə olimpiadaların təkmilləşdirilməsində, inkişafında regional təhsil idarələrinin funksiyası böyükdür. Bu istiqamətdə metodistlərin fəaliyyəti aktivləşdirilə bilər. Onlar düşünürlər ki, fəaliyyət yoxdur, boşuna bu vakant yerə diqqət artırılır. Amma bu vakant yerin işləməsi lazımdır. Onun tədrisə daha yararlı olması üçün vəzifəni işlək vəziyyətə gətirmək lazımdır, çünki metodistlərin görülməli işləri çoxdur".

- Metodistlərin fəaliyyət istiqaməti necə genişləndirilə bilər?

- Rayonlarda təhsil idarələrinin nəzarətində olan ərazilərdə fənlər üzrə müsabiqələrin keçirilməsi, olimpiadaların təşkil edilməsi, yoxlanılması, hər rayonda fənlər üzrə gənc müəllimlər ilə metodistlərin tədris prosesi başlamazdan öncə görüşünün təşkil edilməsi, metodiki biliklərin ötürülməsi işləri həyata keçirilə bilər. Bunlar vacib işlərdir. Bunlar gözardı edilərək, metodistlərə ehtiyac olmadığı düşünülür. Hər bir fənnin tədrisinin tətbiqi üsulları, mövzunun daha rahat formada çatdırılması, fənlər üzrə yeniliklərin müəyyənləşdirilərək müəllimlərə izah edilməsi metodistlər tərəfindən həyata keçirilməlidir. Rayonlarda regional təhsil idarələrinin tabeliyində olan ərazilərdə müəllimlərin bəziləri bəlkə də fənlər üzrə müasir biliklərə sahib deyillər, müasir tədris üsullarından xəbərsizdirlər. Bunları həmin müəllimlərə çatdıracaq şəxs metodistdir. Onların olmaması, fəaliyyətlərinin məhdudlaşdırılması təbii ki, təhsilə də müəyyən dərəcədə zərbə vuracaq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, savadlı, öz sahəsini dərindən bilən metodistlər digər sahələrdə işlə təmin edilməlidirlər: "Elm və təhsil sahəsindəki siyasəti Elm və Təhsil Nazirliyi həyata keçirir. Bu gün də nazirlik islahatları davam etdirir. Son bir neçə ildə nazirliyin nəzdində olan bir neçə strukturların, agentliklərin yaradıldığını görürük.

Metodiki kabinetlər və metodistlər sovet dövründə formalaşdırılmış bir sistemin tərkib hissəsidirlər. Uzun illərdir bu istiqamətdə metodistlər tədris, təhsil prosesinin aparılmasında işlərin həyata keçirilməsi ilə məşğul idilər. Son zamanlar metodistlərin işdən çıxarılması ilə bağlı müraciətlər artıb. Elm və Təhsil Nazirliyi növbəti bir islahat kimi bu məsələni həyata keçirir. Biz davamlı olaraq həm parlamentdə, həm də mətbuatda bu və digər məsələlərin müzakirəsini aparıb, fikirlərimizi bildiririk. Bu iş görülürsə, demək nazirlik belə qənaətə gəlib ki, həmin kabinetlərin fəaliyyətinə ehtiyac yoxdur, ona görə bu istiqamətdə addımlar atmağa başlayıblar. Burada ən önəmli məsələlərdən biri sahəsini, təhsil, tədris prosesini dərindən bilən şəxsləri digər sahələrdə işlə təmin etməkdir. Bütün hallarda təhsil həssas sahədir. Addımlar atılarkən də bütün hallarda xüsusi diqqətdə saxlanılmalıdır".

©oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

İlham Əliyevlə İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Gürcüstan səfirliyinin yeni binası bu ünvanda yerləşəcək

Ziya Məmmədovun bacısı təqaüdə göndərildi

Hakan Fidan sabah Azərbaycana gələcək

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin