BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
63313

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsini reallaşdıracaq.

Valyuta.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Konsorsium İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 2024-cü il fevralın 8-də elan edilmiş müsabiqənin qalibi olub.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı sahəsində ilk pilot layihədir.

Müsabiqədə 2-ci yeri İsrailin “IDE Water Assets Ltd” şirkəti, 3-cü yeri isə Birləşmiş Ərəb Əmirliklərinin “Metito Utilities Limited” şirkəti tutub.

Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.

Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir.

Müsabiqədə “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkətidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının 2004-cü ildə təsis edilmiş “ACWA Power” şirkəti, suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə - Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir.
“ACWA Power”-ın portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihədən ibarətdir. Bu layihələrin sərmayə dəyəri 97 milyard ABŞ dolları təşkil edir və şirkət 69 QVt enerji istehsalı və gündəlik 8 milyon m³ suyun duzsuzlaşdırılması gücünə malikdir.

Genişmiqyaslı layihələrdə 50 ildən çox təcrübəyə malik olan Türkiyənin tanınmış şirkəti olan “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” sənaye, infrastruktur, investisiya, enerji istehsalı və paylanması, turizm və s. sahələrdə fəaliyyət göstərir və 20 mindən çox işçisi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azgranata" inzibati məsuliyyətə cəlb edilib

Məcburi Köşkünlərin Məlumatları Sisteminin yaradılması neçəyə başa gələcək?

“Binance” bu altkoini ləğv edəcək - Qiymətlər ucuzlaşdı

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

"Deluxe Constraction" MMC valyuta tənzimi qaydalarını pozub

Şadlıq sarayında saxta içkilər aşkarlandı

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək

XİN: Rusiya da Azərbaycan kimi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir

Bu icra başçıları özlərinə köməkçi axtarır

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

İki qanun layihəsi plenar iclasda tövsiyə olundu

Ötən il əhaliyə ₼62 milyardlıq məhsul satılıb

Paşinyan Davos forumunda iştirak edəcək

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Fermerlərə 52 min manatdan çox ödəniş edilib

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin