BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
63224

“AzerGold” QSC-nin təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsinə cəlb edilmiş jurnalistlərlə görüş keçirilib.

Valyuta.az xəbər verir ki, “AzerGold” QSC-nin baş ofisində keçirilən görüşdə Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və onlayn media subyektlərini təmsil edən jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Zakir İbrahimov dövlət tərəfindən milli mətbuatın inkişafına böyük diqqət göstərildiyini, media sahəsində müasir tələblərə uyğun mütəxəssislərin hazırlanması, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən səmərəli işlər nəticəsində mediamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. 

Fəaliyyətini yerli qanunvericilik və mütərəqqi beynəlxalq təcrübə, şəffaflıq, hesabatlılıq, informasiya açıqlığı prinsipləri əsasında təşkil edən “AzerGold” QSC-nin mətbuatla əlaqələrin inkişafına önəm verdiyini qeyd edən Zakir İbrahimov Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasının hazırlanıb təsdiq edildiyini, sənədin əsas SMART məqsədlərindən birinin yerli media ilə əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığının artırılması olduğunu bildirib.

Layihə çərçivəsində təlim və mediaturda iştirak etmiş jurnalistlərlə görüşün Milli Mətbuatımızın yaradılmasının 150-ci ildönümünün qeyd olunduğu dövrə təsadüf etdiyi xüsusi olaraq vurğulanıb.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov isə “AzerGold” QSC-nin jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığının artırılması istiqamətində təşəbbüsünü yüksək qiymətləndirdiyini, bu cür layihələrin 150 yaşlı Azərbaycan jurnalistikasının davamlı tərəqqisi, sahəvi jurnalistikanın inkişafına xidmət etdiyini, nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.

İcraçı direktor layihə çərçivəsində Gəncə və Daşkəsəndə təşkil edilən təlim və mediaturun dağ-mədən sahəsində media nümayəndələrinin məlumatlılığının artırılması istiqamətində kifayət qədər müsbət nəticələrlə yadda qaldığını, jurnalistlərin sahə üzrə ixtisaslaşması istiqamətində mühüm addımlardan biri olduğunu bildirib. 

Daha sonra təlim və mediaturla bağlı təəssüratlarını bölüşən media nümayəndələri layihəni yüksək qiymətləndirib, sahəvi jurnalistikanın inkişafı istiqamətində mühüm təşəbbüslərdən biri kimi xarakterizə ediblər.

Çıxışlardan sonra təlim və mediaturda uğurla iştirak etmiş jurnalistlərə sertifikat və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində 19-20 dekabr 2024-cü il tarixlərində onlayn mediada çalışan bir qrup jurnalistin Gəncə şəhəri və Daşkəsən rayonuna ikigünlük səfəri təşkil edilib.

Səfər çərçivəsində jurnalistlər metal filizi sahələrində həyata keçirilən geoloji kəşfiyyat, hasilat, emal, qiymətli metalın satışının təşkili, eləcə də ətraf mühitin mühafizəsi, hasilat bölgələrində həyata keçirilən korporativ sosial məsuliyyət fəaliyyəti ilə bağlı həm yeni məlumatlara yiyələnib, həm də səfər etdikləri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi, eləcə də sosial sahədə görülən işlərlə əyani tanış olublar. 

Həmçinin layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsinə dair məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədi ilə təlimdən öncə və sonra test tapşırıqları icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

"TikTok"un növbəti alıcısı - MrBeast

Slovakiya ilə ikiqat vergitutma aradan qaldırılmasının detalları

Daha bir ölkə “Bitcoin”ə yaşıl işıq yandırdı

"SPRİNG SAN TEX"ə cərimə protokolu

Pensiya alan partiya sədrləri - İsa Qəmbər, Sərdar Cəlaloğlu, Əli İnsanov...

Türkiyədəki “Azərbaycan” məhəlləsində ilk hazır mənzillər nümayiş etdirildi (FOTO)

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

Bu kənddə tikinti-quraşdırma işlərinə 26,4 milyon manat xərclənəcək

Bakıda yağış, rayonlarda qar yağacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin