BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7598
  • RUB
    1.5837
  • TRY
    0.0481
  • GBP
    2.122
62821

Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxtın Nizami və Xətai rayonlarında 3000-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən yenilənmiş həyətlər sakinlərin istifadəsinə verilib.

Valyuta.Az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva IDEA könüllüləri ilə birlikdə həyətlərdə keçirilən ağacəkmə aksiyalarına qatılıb, həmin ərazilərdə yaşayan azyaşlı sakinlərə hədiyyələr təqdim edib.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətlərdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü minifutbol meydançası, müxtəlif idman qurğuları, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətlərin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Xatırladaq ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsi icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Baku Elektronics"in məhsulu keyfiyyətsiz çıxdı

Azərbaycanda sənaye parklarının rezidentlərinin güzəştlər hesabına qənaət etdiyi vəsait açıqlanıb

Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır

Britaniyanın istiqraz böhranı 1976-cı il borc böhranını xatırladır - ŞƏRH

Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib

Şirkət vergi borcun ödəmək üçün vəsait axtarır - Əmlak kompleksini satacaq

İtaliya-Azərbaycan Universiteti üçün bina tikilir - Ünvan açıqlandı

İtaliya-Azərbaycan Universiteti üçün bina tikilir - Ünvan açıqlandı

Sabah bəzi yerlərdə külək əsəcək

Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb

Giriş haqqını cədvəldə göstəriləndən baha hesabladı, dövlət qurumu cərimələdi

“Bravo”nun vətəndaşları aldatdığı üzə çıxdı - Cərimələndi

Dövlət Xidməti göstərişə əməl etməyən "Kontakt Home”a qarşı tədbir görüb

"Nvidia"dan rəqibi "AMD"-yə 3 əsas problem

"Nvidia"dan rəqibi "AMD"-yə 3 əsas problem

Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb

​Azərbaycanlı olimpiadaçı 400 minlik təqaüd qazandı

İdman Akademiyasında işçilərinin kütləvi ixtisarı ilə bağlı rəsmi açıqlama

Benzinlə işləyən avtomobillər arasında ən etibarlı maşın markası məlum oldu

Sahibkarlığın İnkişafı Fondu maliyyələşdirməni 28% artırıb

"Kriptovalyutaların böyük hissəsi bu səbəbdən yox olacaq" - SEC rəhbəri

"Kriptovalyutaların böyük hissəsi bu səbəbdən yox olacaq" - SEC rəhbəri

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - 2024

DİM xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək

Reklamları bloklayan modem təqdim edildi

Avtomobillərlə bağlı bu il bizi hansı tələblər və qiymətlər gözləyir?

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?

Qazaxıstan taxılının Azərbaycana tədarükü ötən ildə 86% artıb

"Şuşa"nın yerində bu universitet olacaq (FOTO)

Lisenziyasız proqram istifadə edən şirkətlərin nəzərinə: “Məlumatlarınız 3-cü şəxsin əlinə keçə bilər”

Lisenziyasız proqram istifadə edən şirkətlərin nəzərinə: “Məlumatlarınız 3-cü şəxsin əlinə keçə bilər”

Sahibkar 3 ay əvvəl yaratdığı 9,3 milyon manatlıq holdinqi bağlayır

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin