BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7666
  • RUB
    1.5962
  • TRY
    0.0481
  • GBP
    2.1302
62803

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib. 

Sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib. 

Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb:

Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.

Həmçinin, məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzun müddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər.

Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək.

Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq.

Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edilmədiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq.

Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək.

Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək. 
    
Qeyd edək ki, sözügedən Plenum qərarının tam mətni ilə Ali Məhkəmənin rəsmi saytında tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?

Qazaxıstan taxılının Azərbaycana tədarükü ötən ildə 86% artıb

"Şuşa"nın yerində bu universitet olacaq (FOTO)

Lisenziyasız proqram istifadə edən şirkətlərin nəzərinə: “Məlumatlarınız 3-cü şəxsin əlinə keçə bilər”

Lisenziyasız proqram istifadə edən şirkətlərin nəzərinə: “Məlumatlarınız 3-cü şəxsin əlinə keçə bilər”

Sahibkar 3 ay əvvəl yaratdığı 9,3 milyon manatlıq holdinqi bağlayır

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

Tramp Çinin Panama kanalına nəzarət etməsinə icazə verməyəcəyini bildirib

Avro ucuzlaşdı, rubl bahalaşdı - Məzənnə

Dünyanın "ən güclü" pasportları - Gürcüstan 44-cü, Azərbaycan 70-ci pillədə - SƏHƏR OXUSU

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

Facebook eBay elanlarını göstərməyə başlayacaq

"Delta" "Uber" ilə ortaq oldu, "Lyft" ucuzlaşdı

Ukrayna-Rusiya qaz marşrutu dayansa, Avropa nə ilə üzləşəcək?

Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı

İndoneziya "Apple"ın 1 milyard dollarlıq təklifini də rədd etdi

AQTİ yarım milyonluq xidməti avtomobil alacaq

İranın Çinə 25 milyon barellik neft təzyiqi - "Reuters"

Britaniya hökümətinin "Tesla"ya ayırdığı qrantlar - "The Guardian"

İşlənmiş "Rolex"lərin qiyməti 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Telejurnalist bankla məhkəmə çəkişməsindən danışdı: “Pulumu vermirlər”

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Qazaxıstan 3000-dən çox kripto birjasını blokladı

"Şuşa" restoranının sökülməsinə aydınlıq gətirildi - Rəsmi açıqlama

“Kristal” MTK-nın ödənməmiş vergi borcu

Süni intellektin əmək bazarına təsiri - "Dünya İqtisadi Forumu"nun hesabatı

Mərkəzi Bankın "İmic araşdırması" sorğusu təxirə salındı - Tender ləğv edildi

"Micron Technology" 7 milyard dollarlıq zavod tikir

İcra başçısının bacısı xəstəxananın vergi borcunu bağladı

Ağdamda Mərkəzi parkın tikintisinə 8,7 milyon manat xərclənəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin