Azərbaycanda bu əşyaları təyyarədə daşımaq qadağan edildi - SİYAHI
Nazirlər Kabineti “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nı təsdiqləyib.
Valyuta.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, daşınması qadağan edilən əşyalara bütün növ silahlar və kəsici-deşici, eləcə də keyidici (hərəkətsizləşdirici) maddə və əşyalar, peşə, küt alətləri, partlayıcı maddələr (əşyalar) və partlayıcı vasitələr, sıxılmış və ya mayeləşdirilmiş qazlar, tez alışan mayelər, alışan bərk maddələr, zəhərli və zəhərləyici maddələr və aşındırıcı və korroziyalaşdırıcı maddələr daxildir. Həmçinin bu siyahıya Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9284, təhlükəli yüklərin hava yolu ilə təhlükəsiz daşınması üzrə Texniki təlimatlar”ında sərnişinlər və hava gəmisinin heyətinin əl yükü və üzərində müəyyən edilmiş şərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibli əşyalar daxildir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay