"Azvirt" şirkəti yaşıllığı məhv edib?
"Azvirt" şirkəti inzibati məsuliyyətə cəlb edilib.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsi (götürülməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
253.3.1-ci maddəyə görə fiziki şəxslər 2200 manat, vəzifəli şəxslər 5000 manat miqdarında, hüquqi şəxslər isə 35 000 min manat miqdarında cərimə edilir.
"Azvirt" şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Şirkət avtomobil yollarının, körpülərin, yol ötürücülərinin və digər süni qurğuların, hava limanları üçün terminalların, uçuş-enmə zolaqlarının, sükan yollarının və perronun tikintisi, yenidənqurulması və təmiri, eyni zamanda tikinti materiallarının istehsalı və layihələndirmə işləri üzrə ixtisaslaşıb.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay