BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7666
  • RUB
    1.5962
  • TRY
    0.0481
  • GBP
    2.1302
62729

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətini istifadəyə verib.

Valyuta.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, xidmət vasitəsilə torpaqların kateqoriyalara aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu və baxılması artıq elektron qaydada “vahid pəncərə” prinsipi əsasında həyata keçirilir.

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi, kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edən subyektlər (torpaq mülkiyyətçisi və istifadəçisi olan sahibkarlar, vətəndaşlar, dövlət qurumları və bələdiyyələr) İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalına (//e-services.economy.gov.az/) daxil olub “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətini seçərək və ya kateqoriya.emlak.gov.az domen ünvanına daxil olaraq müraciət edə bilərlər.

Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə aidiyyəti dövlət orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə torpaq mülkiyyətçiləri, torpaqlar uzunmüddətli istifadədə olduğu hallarda mülkiyyətçinin yazılı razılığı ilə icarəçi və ya istifadəçi olan fiziki və ya hüquqi şəxslər bu elektron xidmət vasitəsilə müraciətlərini və müraciətin əsaslandırılmasına dair sənədlərini real vaxt rejimində ƏMDX-yə göndərə bilərlər.

Müraciət edən subyektlər üçün Digital Login vasitəsilə elektron xidmətə daxil olmaqla müraciətlərini formalaşdırıb "ASAN İmza" ilə təsdiqləyərək göndərmək, şəxsi kabinet üzərindən müraciətə baxılmanın gedişatını izləmək, baxılmanın nəticələrinə dair bildiriş almaq, həmçinin çatışmayan sənəd və məlumatları ƏMDX-nin sorğusu əsasında göndərmək imkanları yaradılıb.

Təqdim edilmiş sənədlərin düzgünlüyü Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin və daşınmaz əmlakın dövlət reyestrinin baza məlumatları əsasında yoxlanıldıqdan sonra ƏMDX Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı 10 iş günü müddətində rəy verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə elektron qaydada göndərir.

Dövlət orqanlarından müsbət rəy almış müraciətlər əsasında ƏMDX-nin müvafiq qurumları tərəfindən 15 iş günü müddətində kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələrinin yerquruluşu planı (xəritəsi) hazırlanır. Müvafiq Fərmanla təsdiq edilən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda müəyyən edilmiş müddət və prosedurlara uyğun olaraq işlər yekunlaşır və sənədlər Nazirlər Kabinetinə göndərilir.

Nazirlər Kabineti tərəfindən müsbət qərar qəbul edildiyi halda, onun surəti ƏMDX-yə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 (iki) iş günü müddətində dəyişikliklər edilir və bu barədə müraciət edən subyektə elektron xidmət vasitəsilə məlumat verilir.

Yeni elektron xidmət sahibkarların, vətəndaşların, dövlət qurumlarının və bələdiyyələrin müraciətlərinin şəffaf, çevik və effektiv şəkildə baxılmasına, prosedurların optimallaşdırılmasına və məmnunluğun artırılmasına yönəlib.

Elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçün subyektlər qanunla müəyyən edilmiş elektron imzalara malik olmalı, tələb olunan sənədlərin tamlığını və dürüstlüyünü təmin etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Soliton" istehlakçı hüquqlarını pozur? - Şirkət buna görə inzibati məsuliyyətə cəlb edilib

NASA bu layihə üçün 8 milyard dollara yaxın pul xərcləyə bilər

Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR

Baş nazirdən digər dövlətdə yerləşən aviasiya personalı ilə bağlı QƏRAR

Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı®

Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Azərbaycanda bu əşyaları təyyarədə daşımaq qadağan edildi - SİYAHI

Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Gəmiləri Afrikada girov saxlanılan şirkət açıqlama yaydı

2025-ci il üçün 4 cəlbedici səhm - SİYAHI

2025-ci il üçün 4 cəlbedici səhm - SİYAHI

Bu il 500 tələbə xaricdə təhsil ala biləcək

Nazirlik 1 milyonluq mehmanxana xidməti alır

Ötən il 16 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı elan edildi

Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır

Hüseyn Əsgərov vəzifəsindən azad edildi

İcbari Sığorta Bürosunun Çağrı Mərkəzi yenilənib

“Xalq Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

“Xalq Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

Alyaska ştatı ABŞ hökumətini məhkəməyə verdi

Bakıda bu yolda da sürət həddi endirildi

Prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi

BƏƏ-nin aviaşirkəti Soçi və MineralnıyeVodıya uçuşların dayandırılması müddətini uzadıb

"Kapital Bank"dan istifadə edilməyən biletlərin ödənişləri ilə bağlı AÇIQLAMA

Nazir 16 ildir rəis işləyən polkovniki vəzifəsindən çıxardı

Nazir 16 ildir rəis işləyən polkovniki vəzifəsindən çıxardı

"Fed" yanvar ayında faiz endirimi edəcəkmi? - ŞƏRH

Bakıda tikilən 10 metro stansiyası bu ərazilərdə olacaq

Naxçıvanda İqtisadiyyat Nazirliyinin xətti ilə büdcə daxilolmaları 37% artıb

Elektrik sayğacları hansı ölkələrdən və neçəyə alınır? - 6 min 205 manata...

Ötən il dövlət qurumlarını hədəfə alan 2 milyondan çox zərərli elektron poçt bloklanıb

Sabah hava necə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin