Xəbər
07.01.2025 / 16:10
Bəzi hərbçilər hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək
62720
Ehtiyata və ya istefaya buraxılmadan öncə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilən hərbi qulluqçuların siyahısı dəyişib.
Valyuta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliyi təsdiqləyib.
Belə ki, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə biləcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay