BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7666
  • RUB
    1.5962
  • TRY
    0.0481
  • GBP
    2.1302
62698

Yeni il və Həmrəylik Günü bayramlarında Azərbaycanın regionlarında fəaliyyət göstərən yüksək kateqoriyalı hotellərdə doluluq səviyyəsi 92-95 % arasında olub.

Bunu "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri və "Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi Azərbaycanda turizm sektorunun 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində qeyd edilən bayram günləri boyunca yerli və xarici turist axını ilə bağlı hotellərin doluluq səviyyəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, populyar turizm destinasiyalarında bu göstərici 65-67 % təşkil edib.

Ekspert bildirib ki, bayram tətili dövründə regionlarda hotellərin doluluq səviyyəsi çox yüksək olub.

O, qiymət artımlarına da diqqət çəkib: “Yüksək kateqoriyalı hotellərdə adi günlərlə müqayisədə 65-75 % artım, ümumi olaraq bayram dövründə 35-50 % qiymət artımı müşahidə olunub. Paytaxt turizmi və buradakı hotellər bayram günlərində daha çox qonaq qəbul edib.”

S.Dübəndi vurğulayıb ki, turizm sektoru beynəlxalq amillərdən ciddi şəkildə asılıdır: “Hazırda beynəlxalq vəziyyət, avia nəqliyyat sahəsindəki problemlər, regionda baş verən hərbi xarakterli hadisələr, quru sərhədlərin bağlı qalması turizmin normal inkişafına mənfi təsir edir. Vaxtı ilə sovet dövründə sərhədlər ciddi nəzarət altında olsa da, turist mübadiləsi mümkün idi. Dəmir yolu nəqliyyatı bu baxımdan əhəmiyyətli vasitədir”.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov isə bu məsələni şərh edərkən bildirib ki, bayram tətili ölkə daxilində həm xarici, həm də yerli turistlərin aktivliyi ilə yadda qalıb.

Onun sözlərinə görə, bayram günləri hər il olduğu kimi hotellərin doluluğu ilə yadda qalıb: “Xüsusən rayonlarda xaricdən gələn turistlərin sayı artıb. Amma bəzi ölkələrdən, xüsusən Rusiya bazarından rezervasiyaların ləğvini müşahidə etdik. Bu da aviasiya sahəsindəki məlum hadisə (AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb - red ) ilə bağlı idi”.

O qeyd edib ki, uzun tətil dövrləri insanların səyahət planlarını dəqiqləşdirməsinə imkan yaradır: “2024-cü il turizm bazarının bərpa ili kimi yadda qalıb. 2019-cu ilin səviyyəsinə tam çatılmasa da, ona yaxın göstəricilər qeydə alındı. 2023-lə müqayisədə daxili turizm bazarı 30 % artıb. Ümid edirik ki, 2025-ci ildə turizm bazarı tam bərpa olunacaq”.

Sonda belə nəticəyə gəlmək olar ki, Azərbaycan turizm sektoru bayram günləri yeni dirçəliş ümidini bir daha təsdiqləyib. Lakin beynəlxalq siyasi gərginlik, nəqliyyat sektorundakı məhdud imkanlar və qanunvericilikdəki çətinliklər sektorun tam potensialını reallaşdırmasına mane olur.

Ekspertlər quru sərhədlərin açılması, beynəlxalq nəqliyyat şəbəkələrinin genişləndirilməsi və daxili bazarın modernizasiyası istiqamətində təkliflər irəli sürürlər.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Kapital Bank"dan istifadə edilməyən biletlərin ödənişləri ilə bağlı AÇIQLAMA

Nazir 16 ildir rəis işləyən polkovniki vəzifəsindən çıxardı

Nazir 16 ildir rəis işləyən polkovniki vəzifəsindən çıxardı

"Fed" yanvar ayında faiz endirimi edəcəkmi? - ŞƏRH

Bakıda tikilən 10 metro stansiyası bu ərazilərdə olacaq

Naxçıvanda İqtisadiyyat Nazirliyinin xətti ilə büdcə daxilolmaları 37% artıb

Elektrik sayğacları hansı ölkələrdən və neçəyə alınır? - 6 min 205 manata...

Ötən il dövlət qurumlarını hədəfə alan 2 milyondan çox zərərli elektron poçt bloklanıb

Sabah hava necə olacaq?

Nazirlər Kabineti icra orqanlarına ASK ilə bağlı 1 ay vaxt verdi

Kamran Əliyevdən yeni təyinatlar

18 vətəndaşımız Eritreyada girov saxlanılır - RƏSMİ

18 vətəndaşımız Eritreyada girov saxlanılır - RƏSMİ

Bu dövlət müəssisəsi 6 milyon manata özəlləşdirildi

Doğum şəhadətnaməsinə müraciət rəqəmsallaşdı

Ölkədə fəaliyyət göstərən taksilərdə vahid rəng tətbiq edilib

"Bitcoin", "Ethereum" və altkoinlər niyə ucuzlaşır? - “İnflyasiya” dilemması

"Bitcoin", "Ethereum" və altkoinlər niyə ucuzlaşır? - “İnflyasiya” dilemması

Prezident: “Şəhər tıxaclarda boğulmağa başlayıb”

Tramp otelini partlatmaqda şübhəli bilinən şəxs ChatGPT-dən istifadə edib

Dünyada ən çox tıxac olan şəhərlərin adları açıqlanıb

Metanol istehsalında 22 min tondan çox artım - Rəqəmlər

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 10 %-dən çox azalıb

Bu rayonda əlillərə və şəhid ailələrinə 3 otaqlı evlər veriləcək - 3,2 milyon ayrıldı

Sürüşmələr aktivləşib, ciddi monitorinqlər aparılır

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

Kreditləşmə ilə bağlı yeni qaydalar nəyi dəyişəcək?

Kreditləşmə ilə bağlı yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı RƏSMİ Açıqlama

“Bitcoin” il sonuna qədər neçəyə olacaq? - “Bitwise”dan proqnoz

SOCAR-ın səhmdarı olduğu şirkətin rəhbəri dəyişdirildi

Bakı-Kazan-Bakı aviareysi ləğv edilib

ASCO: Afrikada saxlanılmış gəmilər bizə aid deyil

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin