Xəbər
07.01.2025 / 12:46
ADRA-nın şirkəti Əmək Məcəlləsini pozmaqda ittiham edilir
62695
Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) təsis etdiyi "İnnova" İnnovativ Reklamçılıq Şirkəti" MMC barəsində inzibati protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, 192.4-cü maddəyə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay