Avropada qazın qiyməti dekabrın sonundan bəri minimum həddə düşüb
Yanvarın 6-da Avropada qaz qiyməti dekabrın 31-dən bəri minimum həddə düşüb.
Bu, “Investing.com” platformasında dərc edilmiş London ICE birjasının məlumatlarında əks olunub.
Günün əvvəlindən qiymət təxminən iki faiz azalıb. Niderlandın TTF habında fevral fyuçersinin qiyməti min kubmetr üçün 517,5 dollara və ya meqavatt-saat üçün 48,31 avroya düşüb.
Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa İtkonen yanvarın 6-da bildirib ki, Ukrayna vasitəsilə Rusiya qazının tədarükünün dayandırılmasından sonra Avropa İttifaqında elektrik enerjisinin qiymətlərində kəskin artım müşahidə edilmir.
Yanvarın 2-də məlumat verilmişdi ki, Ukrayna üzərindən tranzit dayandırıldıqdan sonra Avropada qaz qiyməti 2023-cü ilin oktyabrından bəri maksimum həddə çatıb. Tədarükün dayandırılmasından ilk zərər çəkən Moldova olub, Dnestryanıda isə, demək olar, bütün müəssisələr fəaliyyətini dayandırıb.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay