BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62540

Rusiyadan qaz tədarükünün Ukrayna vasitəsilə Avropanın qalan hissəsinə çatdırılması dayandırıldıqdan sonra qazın topdansatış qiyməti son 14 ayın ən yüksək səviyyəsinə yüksəlib.

Valyuta.Az xəbər verir ki, 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatan topdansatış qiymətləri, Rusiya ilə Ukrayna arasında uzun müddətdir mövcud olan tranzit müqaviləsinin başa çatmasından bir gün sonra artıb. 

Xatırladaq ki, Yeni il gecəsi Rusiya qazının Ukrayna üzərindən çatdırılması rəsmi olaraq dayandırılıb.

Treyderlər Rusiyadan qaz itkisinin baş verəcəyini gözləsələr də, alternativ planın olmaması vəziyyəti daha da mürəkkəbləşdirib və bu, anbarlardan qazın daha sürətli çıxarılmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıq yaradıb.

"Bloomberg"in məlumatına görə, Niderlandda fevral ayı üçün qazın qiyməti cümə axşamı 4,3% artıb, daha sonra 1,9% artımla 1 meqavat saat üçün 49,83 avro (41,44 funt sterlinq) səviyyəsində sabitləşib.

Avropa üzrə qaz anbarlarındakı tədarük səviyyələri artıq 2021-ci ildən bəri ən sürətli templə azalır, çünki Rusiya ilə Ukrayna arasındakı münaqişə daha da dərinləşib.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumu Avropada ikinci dünya müharibəsindən bəri ən böyük münaqişəni başlatdı. Bu, qazın topdansatış qiymətlərinin yüksəlməsinə və enerji hesablarının artmasına səbəb oldu. Böyük Britaniya hökuməti isə bu vəziyyətdə ev təsərrüfatlarına dəstək üçün subsidiyalar tətbiq etməyə məcbur oldu.

Ukrayna prezidenti Volodimir Zelenski (Volodymyr Zelensky) sosial mediada paylaşdığı açıqlamada tranzit müqaviləsinin sona çatmasını “Moskvanın ən böyük məğlubiyyətlərindən biri” kimi qiymətləndirib.

Onilliklər ərzində Rusiya qazı əsasən Sovet İttifaqı dövründə inşa edilmiş və Rusiyanın Kursk bölgəsindəki Sudja şəhərindən başlayaraq Ukraynanın Slovakiya ilə qərb sərhədindəki Ujhorod yaxınlığında bitən boru kəməri ilə daşınıb.

Ukraynanın enerji naziri German Qaluşenko (Herman Halushchenko) tranzit marşrutunun bağlanmasını “tarixi hadisə” adlandırıb və Avropa ölkələrinin Rusiyadan qaz asılılığını azaltmağa məcbur qalacağını bildirib.

Bununla belə, “Qazprom”un məlumatına görə, Moskva vaxtı ilə səhər 8-də (GMT ilə 5-də) baş verən qaz tədarükünün kəsilməsi dərhal Moldovanın ayrılmış bölgələrində yüz minlərlə insan üçün elektrik kəsintilərinə səbəb olub.

Slovakiyanın baş naziri Robert Fico isə qaz tranzitinin dayandırılması qərarına qarşı çıxdığını bildirib və bu addımın “Avropa İttifaqı üçün ciddi təsirlər yaradacağını, lakin Rusiya Federasiyasına təsir etməyəcəyini” qeyd edib.

“Deutsche Bank” analitikləri isə bildiriblər: “Qiymətlərin 2022-ci ilin bütün ayları ərzində müşahidə edilən səviyyədən hələ də aşağı olduğunu nəzərə almaq lazımdır. Lakin Avropa qaz anbarları 2024-cü ilin sonunu son üç ilin ən aşağı səviyyəsi ilə başa vurdu və qiymətlərin son artımı inflyasiya təzyiqlərini daha da artıracaq.”

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Goldman Sachs" 2025-ci il üçün qlobal makro proqnozlarını açıqladı

Sabiq məmurun "Meta" macərası: 6 il və böyük gəlirlər

İtaliyada sənaye böhranı: son 68 ilin ən aşağı göstəriciləri - "Bloomberg"

Mis məftil istehsalı 5 dəfədən çox artıb

2025-ci ildə hökumətləri gözləyən böyük iqtisadi suallar - "The Guardian"nın araşdırması

Qəza səbəbləri ilə bağlı ilkin hesabatın açıqlanacağı vaxt bəlli oldu

Qəza səbəbləri ilə bağlı ilkin hesabatın açıqlanacağı vaxt bəlli oldu

"QNB" 2025-ci il proqnozları - "Bloomberg"

ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə çağırış etdi

Bakıdan Varşavaya uçuş ləğv edildi (SƏBƏB)

"Foxconn" IV rüb hesabatını açıqladı - "Nvidia" və "Apple" ilə əməkdaşlıq və rekord gəlir

Bir ildə 56 milyard dollarlıq sərmayə - Süni intellekt üçün uğurlu il

Sabah hava necə olacaq?

İtaliya Azərbaycandan qaz idxalını artırıb - "Eurostat"

Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir?

Adına üç şirkət var, amma özünün xəbəri yoxdur (VİDEO)

Aşağı maaş alanların da məvaciblərində artımlar olacaq

Türkiyədə stüardessaların aldıqları maaş - MƏBLƏĞ

Yoxsulları 12 il müşahidə etdilər - İnsanları kasıb edən səbəblər

Top 10 kriptovalyuta reytinqində dəyişiklik - "XRP" və "Solana" yüksəlişdə

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

"MicroStrategy"nin 2 milyard dollarlıq hədəfi

Azərbaycanda kərpic istehsalı artıb - Rəqəmlər

Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır - Aleksandar Vuçiç

Dəniz səviyyəsinin artmasının neft limanları üçün təhlükəsi - "The Guardian"

"Amerikan süni intellekti üçün qızıl fürsət" - "Microsoft"un 80 milyard dollarlıq planı

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Bu ölkə “qızıl vizanı" ləğv edir

Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq

11 ayda 9 milyon manatlıq dərman istehsal edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin