Xəbər
25.12.2024 / 14:04
Baş Prokurorluq: Təyyarə qəzasında hazırkı məlumata görə 32 nəfər sağdır
62068
Təyyarə qəzasında hazırkı məlumata görə 32 nəfər sağdır, onların müalicəsi aparılır.
Valyuta.az xəbər verir ki, bunu keçirilən brifinqdə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.
O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir:
"Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır. müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, orada iş başındadır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay