BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7676
  • RUB
    1.6798
  • TRY
    0.0482
  • GBP
    2.1318
62037

Azərbaycanda dövlət satınalmaları sisteminin məxfi satınalmalar istisna olmaqla elektronlaşdırılması nəticəsində cari ilin yanvar-noyabr aylarında elektron satınalmaların həcmi 3 511,2 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü (1 267,3 mln. manat) ilə müqayisədə 3 dəfəyədək artım qeydə alınıb.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, cari il ərzində elektron satınalmalarda qənaət edilən dövlət vəsaitlərinin məbləği 559,7 mln. manat təşkil edib. Bu nəticələr dövlət vəsaitlərindən səmərəli istifadə ilə izafi xərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsi hesabına əldə olunub.

Dövlət Xidməti müsabiqə və aşkarlıq əsasında bütün sahibkarların bərabər şərtlərlə dövlət satınalmalarında iştirakını hədəfləyən tənzimləyici tədbirlərini cari il ərzində də davam etdirib. Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Dövlət Xidmətinə daxil olan 1270 müraciətə baxılıb. Hesabat dövründə keçirilmiş müsabiqələrin nəticələri barədə 13 477 yekun protokol təhlil olunub. Nəticədə, müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1790 yekun protokol (13,3%) Dövlət Xidməti tərəfindən ləğv edilib.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ATLANTİS-2018 GLOBAL"a protokol tərtib edilib

"Milyarderlər sığınacağı"na köçdü, 1 milyard dollar vergiyə qənaət etdi

"Almet Holding" məhkəmə qarşısında

"Mars-A" gömrük bəyannaməsi təqdim etməyib?

"QIZIL ULDUZ 2001" məhkəmə qarşısında

Avropanın enerji böhranı və azalan ehtiyatları

İcra hakimiyyətinin 2,4 milyonluq iki tenderi ləğv edildi

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu” tapıldı

"De Beers" şirkəti milyardlarla dollarlıq almaz ehtiyatlarını sata bilmir

Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib - Müvafiq tapşırıqlar verildi

2025-ci ildə gümüş üçün proqnozlar - "TD Securities"

Çinin elektromobil bazarındakı hegemonluğu

Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Bank sektorunun xarici öhdəlikləri artıb

Ötən ay 150-dən çox şəxs banklarda çalışmağa başlayıb

31 dekabr-2 yanvar tarixlərində gözlənilən ilkin hava proqnozu açıqlanıb

"Aqro-Vest DC" gömrük qaydalarını pozmaqda ittiham edilir

Kodsuz proqram platforması “Sitemate” 18 milyon dollar investisiya alıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Azərbaycanda süni intellekt laboratoriyası yaradılır

Matəm günü ilə bağlı dərslər dayandırılacaq?

"Toyota" avtomobil istehsalını ardıcıl 10-cu ayda da azaldıb

“Netflix” “Broadcom”un törəmə şirkətini məhkəməyə verib

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - YENİLƏNİB

"OpenAI" insanabənzər robot hazırlamağı planlaşdırır

"OpenAI" insanabənzər robot hazırlamağı planlaşdırır

Daha 2 xəstəxana TƏBİB-in tabeliyinə verildi

Təyyarə qəzasında həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi təmin ediləcək

Şirkət nizamnamə kapitalını 4 milyondan 10 min manata endirdiyini elan etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin