Xəbər
21.12.2024 / 19:12
"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin" - Zaur Hüseynov
61868
Xəbər verdiyimiz kimi, Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Qaynarinfo 60 yaşlı sabiq metro rəisinin bundan sonra hansı işlə məşğul olacağını öyrənmək üçün Zaur Hüseynova zəng edib.
Amma Zaur Hüseynov bizə və hər kəsə can sağlığı arzu etməklə kifayətlənib, sualları cavablandırmaqdan imtina edib.
"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin. Bütün sualları Bəxtiyar Məmmədova ("Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi) ünvanlayın. Sağ olun", deyərək telefonu qapadıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay