Xəbər
21.11.2024 / 14:07
Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
59867
“Minimum istehlak səbəti İqtisadiyyat Nazirliyinin daim diqqət mərkəzində saxladığı məsələdir”.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
O bildirib ki, nazirlikdə minimum istehlak səbətinin tərkibinə baxılması üçün müvafiq işçi qrup fəaliyyət göstərir. İşçi Qrupun son görüşü 2021-ci ildə olub: “2025-ci ildə biz İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. 2025-ci ildə istehlak səbətinin tərkibinə yenidən baxılacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay