Bu gündən yaşayış binalarına istilik verilməsinə başlanır
Bu gündən etibarən qış mövsümü ilə əlaqədar yaşayış binalarına istiliyin verilməsinə başlanır.
Valyuta.az xəbər verir ki, bunu Oxu.Az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı verib.
O qeyd edib ki, ötən il olduğu kimi, bu il də istilik mövsümü noyabrın 15-də başlayır.
"Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır. Həmin 14 rayondan 9-da - Şuşada, Qubada, Qəbələdə, Qusarda, Şamaxıda, Şabranda, Siyəzəndə və Lerikdə istilik mövsümü noyabrın 1-dən başlayıb. Həmin bu doqquz rayonda "Azəristiliktəchizat" ASC-nin 39 qazanxana və bir istilik məntəqəsi artıq işə salınıb.
Bakı şəhəri və regionlarımızda ümumilikdə "Azəristiliktəchizat" ASC-nin 557 qazanxana və 88 istilik məntəqəsi var və noyabrın 15-dən etibarən bütün qazanxana və istilik məntəqələri işə salınmış olacaq", - deyə E. Basqallı bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay