Xəbər
05.05.2024 / 14:58
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
47517
Aviasiya tarixində dayanmadan və yanacaq doldurmadan dünya ətrafında ilk uçuş edən Dik Rutan 85 yaşında Aydaho (ABŞ) xəstəxanasında vəfat edib.
Məlumata görə, pilot ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib.
Dik öz nailiyyətinə ikinci pilotu Cina Yiger ilə imza atıb.
Təyyarəni Dikin qardaşı Burt dizayn edib. Layihənin başa çatdırılması altı il çəkib.
“Voyager” 1986-cı il dekabrın 14-də havaya qalxıb. Dekabrın 23-də dünyanı dövrə vurduqdan və macəralı səyahətdən sonra təyyarə eniş edib.
© Oxu.az / mk.ru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay