Xəbər
03.05.2024 / 18:38
Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi
47457
“Gloria Palace” Mənzil-Tikinti Kooperativi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, məhkəmə çəkişməsi vergi məsələləri ilə bağlıdır.
Araşdırmalarımız zamanı məlum olub ki, “Gloria Palace” MTK-ya 1 006 843,58 manat vergi borcu yazılıb.
Görünür, şirkət bu məbləğlı razılaşmayaraq məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.
Birinci məhkəmə instansiyasının MTK-nın iddiasını təmin etmədiyi bildirilir.
İş hazırda apellyasiya mərhələsindədir.
MTK-nın şikayətinə Bakı Apellyasiya Məhkəməsində Rəşid Səmədovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay