BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
47274

Argentinada prezident Xavyer Mileyin təşəbbüsü ilə həyata keçirilən transformasiya getdikcə sürətlənir. Konqresin aşağı palatası səs çoxluğu ilə dövlət başçısının təklif etdiyi islahatlar paketini təsdiqləyib. 

Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

Deputatlar Mileyə inzibati, maliyyə və enerji sahələrində əlavə səlahiyyətlər veriblər. Bu, prezidentə idarəetməni optimallaşdırmaq və xərcləri azaltmaq üçün tez qərarlar qəbul etməyə imkan verəcək.

Parlamentarilər həmçinin onlarla ixtisaslaşmış dövlət fondunun ləğv edilməsinə və bir sıra dövlət aktivlərinin, o cümlədən Aerolineas Argentinas aviaşirkəti, kommunal xidmətlər, dəmir yolu və poçt şirkətlərinin özəlləşdirilməsi prosesinin başlanmasına icazə veriblər.

“İslahatın əsas müddəalarının təsdiqi Mileyin müxalifət konqresi ilə danışıqlarda artan praqmatizmini nümayiş etdirir. Aşağı palatadakı yerlərin cəmi 15%-i ilə o, PRO partiyasından olan sənayeçilərin və UCR və HpNP-nin daha mötədil fraksiyalarının dəstəyini qazana bildi”, - nəşr yazır.

Buna nail olmaq üçün prezident 41 şirkətin, o cümlədən neft nəhəngi YPF-nin özəlləşdirilməsi planından imtina etmək kimi bir sıra güzəştlərə getməli olub. Mileyin təhlükəsizlik və hüquq-mühafizə sahəsində səlahiyyətlərinə dair müddəalar istisna edilib. Qanun layihəsinin həcmi 600-dən 200-ə endirilib.

“İslahatların qəbulu biznes fəallığının artması və investisiyaların cəlb edilməsi üçün vacibdir. Lakin maliyyə konsolidasiyası istiqamətindəki kursumuz dəyişməzdir, biz heç vaxt qənaətdən əl çəkməyəcəyik”, - deyə iqtisadiyyat naziri Lui Kaputo iş adamları ilə görüşündə bildirib.

Bundan əvvəl Argentina NATO-nun qlobal tərəfdaşı olmaq niyyətini açıqlayıb.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"da 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

Səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin