Xəbər
30.04.2024 / 17:00
"Çıraq İnşaat"a protokol tərtib edildi
47239
"Çıraq İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zaur Hünmətovun sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay