Xəbər
27.04.2024 / 15:48
Bakı daha bir tədbirə ev sahibliyi edəcək
47033
Ankara şəhərində Türkiyənin Kosmik Agentliyinin təşkil etdiyi Kosmik Texnologiyalar Konfransına növbəti il Bakı ev sahibliyi edəcək.
“Azərkosmos”dan Valyuta.az-a bildirilib ki, Beynəlxalq Astronavtika Konqresindən sonra ölkəmizin əldə etdiyi təcrübə növbəti regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir.
Qeyd edək ki, ikigünlük proqramı əhatə edən Kosmik Texnologiyalar Konfransı əsasən Mərkəzi Asiya regionunun kosmik agentlikləri, bu sahədə kommersiya fəaliyyəti göstərən şirkətlər, bir sözlə inkişaf etməkdə olan regional kosmik ölkələr üçün əməkdaşlıq platformasıdır.
Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının növbəti görüşü gələn il Bakıda keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay