BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
46974

“Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq”.

Valyuta.az xəbər verir ki, bu barədə “Elektron tibbi arayış” xidmətinin təqdimatı mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, elektronlaşma ilə tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq: “Əvvəllər kağız üzərində arayış növbələrə səbəb olurdu. Vətəndaşlar hazır olanda onu almaq üçün bir dəfə də tibb müəssisəsinə gəlməli olurdular. Bu həm də kağıza qənaət deməkdir. COP29-un keçiriləcəyi ərəfədə hesab edirəm ki, bu elektronlaşma səmərəli olacaq”.

V.Qurbanov bildirib ki, bu gün ən çox müraciət olunan arayışlar - işə qəbul zamanı, təhsil müəssisələrinə daxil olanlar üçün sağlamlıq haqqında tibbi arayışlar və sürücülük vəsiqəsi əldə etmək üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayışlardır: “Ötən ilin statistikasına nəzər salaq, tabeli tibb müəssisələrimizdə 28 min 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 min 404 vətəndaşa isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub. Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar, obliqat qrupların peşə ilə bağlı xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmə ilə bağlı arayışlar və s. ödənişli əsasla icra edilir”.

TƏBİB rəhbəri əlavə edib ki, mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq: “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub”.

Vüqar Qurbanovun sözlərinə görə, icbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Habelə, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin olunur.

***

Elm və təhsil nazirinin müavini Həsən Həsənli isə bildirib ki, arayışların elektronlaşması vətəndaşlara xidmətlər zəncirində ən həssas məqamlardan biridir: “Təkcə ali təhsillə bağlı hər il 65 min vətəndaş arayışla bağlı müraciət edir. Biz bu prosesi nə qədər sürətli etsək, vaxta qənaət etmiş olarıq”.

O qeyd edib ki, bu prosesin elektronlaşması vətəndaşların keçəcəyi prosesin daha rahat və şəffaf olmasına imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin