"Bakı Baş Səhiyyə Mərkəzi" cərimələndi
"Bakı Baş Səhiyyə Mərkəzi " Publik Hüquqi Şəxsi barəsində protokol tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, mərkəz barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Anar Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi əsasında protokol tərtib olunub.
Həmin maddəyə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay