Xəbər
16.04.2024 / 22:48
"Gəncə Cihazqayırma Zavodu" cərimələnir
46322
"Gəncə Cihazqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyəti barəsində cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Gəncə Şəhər Məhkəməsinin hakimi Elxan Əlizadənin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, ASC min 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay