Xəbər
16.04.2024 / 12:50
Etibar Məmmədovun oğluna "SOCAR Türkiyə"də vəzifə verilib? (AÇIQLAMA)
46277
Sosial şəbəkədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun oğlu Orxan Məmmədovun "SOCAR Türkiyə" şirkətində işə düzəlməsi barədə məlumatlar yayılıb.
Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, partiya lideri sayta açıqlamasında sözügedən məlumatın həqiqətə uyğun olmadığını bildirib.
“Orxanla bağlı deyilənlər həqiqəti əks etdirmir. O, "SOCAR Türkiyə"də işləmir”, - E.Məmmədov deyib.
Qeyd edək ki, Etibar Məmmədovun 2 oğlu, 1 qızı var. Onun böyük oğlu Orxan Məmmədovun uzun müddətdir biznes sahəsində fəaliyyət göstərdiyi bildirilir. Kiçik oğlu Ayxan Məmmədov isə AMİP Gənclər Təşkilatının sədridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay