Xəbər
15.04.2024 / 18:30
Oksigen zavodu məhkəməyə verildi
46203
Azərbaycanda oksigen istehsalı ilə məşğul olan “Çinar-Servis” İstehsalat Kommersiya Firması məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı “Temp” MMC-dir.
Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Kənan Hüseynov iş üzrə hakim təyin edilib.
Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bir neçə il əvvəl “Çinar-Servis” fimasının rəhbəri İlyas Sadıxov mediaya açıqlamasında bildirmişdi ki, biznesini əlindən almaq istəyirlər.
O, bu məsələdə “Kriogen-N” şirkətinin sahibi Nizami Hacıyevi ittiham edib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay