Sabiq nazirin şirkəti cərimələnir
“İmprotex Trucks and Buses” MMC-nin barəsində gömrük qaydaları əleyhinə olan (malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənni icraatındadır.
Qeyd edək ki, "Improtex Trucks and Buse" MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir.
"İmproteks Şirkətlər Qrupu"na minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.
MAN Truck and Bus AG-nin Azərbaycanda rəsmi idxalçısısı olan "Improtex Trucks and Buses" MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay