BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
44211

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib.

Komitədən bildirilib ki, 2024-cü ilin fəaliyyət planına həsr olunan geniştərkibli kollegiya iclası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasını açıq elan edən sədr Fuad Muradov komitənin və Azərbaycan diasporunun 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində xaricdəki Azərbaycan icmalarının fəaliyyəti barədə danışıb. Bildirilib ki, ötən il 69 ölkədə 200-dən çox müxtəlif xarakterli tədbir həyata keçirilib, Azərbaycan evlərinin sayı 28-ə çatıb, diasporun koordinasiyalı fəaliyyəti, təşkilatlanması, ana vətənlə əlaqələrinin möhkəmlənməsi sahəsində mühüm addımlar atılıb.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diasporun fəaliyyətinə göstərdikləri diqqət və qayğının, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının soydaşlarımız arasında böyük ruh yüksəkliyi yaratdığı, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinin diaspor fəaliyyətinin təməl prinsiplərini təşkil etdiyi bir daha nəzərə çatdırılıb.

2024-cü ildə Azərbaycan evlərinin, həftəsonu məktəblərinin əhatə dairəsinin genişləndirilməsinin, ölkəmizdə və xaricdə beynəlxalq miqyaslı tədbirlərin təşkilinin diqqət mərkəzində saxlanılmasının vacibliyi bildirilib.

Lobbiçilik fəaliyyətinin, beynəlxalq mediaya çıxış imkanlarının daha da gücləndirilməsi, diaspor üzvlərinin, xarici jurnalistlərin, tarixçilərin Qarabağa səfərlərinin davam etdirilməsinin önəmi qeyd olunub, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər tədbirlərin diaspor arasında da təbliğ olunması xüsusi vurğulanıb.

İclasda Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi, Məhəmməd Əmin Rəsulzadənin 140 və Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə həyata keçiriləcək tədbirlərdən də bəhs olunub.

Daha sonra Komitə Aparatının müvafiq şöbələrinin və Azərbaycan Diasporuna Dəstək Fondunun hesabatları dinlənilib. Qeyd olunub ki, ötən il komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı ilə həm ölkə daxilində, həm də xaricdə irimiqyaslı layihələr, konfranslar, forumlar keçirilib, onlarla kitab və jurnal nəşr olunub, sənədli filmlər hazırlanıb, disklər buraxılıb.

Azərbaycan həqiqətlərinin beynəlxalq hüquq müstəvisinə çıxarılması, dezinformasiyaların qarşısının alınması məqsədilə diaspor təşkilatlarının dünya ictimaiyyətinə yüzlərlə müraciət və bəyanat ünvanladığı bildirilib.

Kollegiya iclası 2024-cü ilin fəaliyyət planının müzakirəsi və ötən il dövlət başçısının sərəncamı ilə təltif olunan komitə əməkdaşlarına medalların təqdim olunması ilə yekunlaşıb.

© azertag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin