Xəbər
21.02.2024 / 14:23
İş adamı Azərbaycandan köçür - Qəbələdəki hotelini satışa çıxardı
42769
Qəbələdə daha bir məşhur hotel satışa çıxarılıb.
Valyuta.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, satılan obyekt şəhərdə fəaliyyət göstərən Fortuna Butik Hoteldir.
25 sot ərazinin içərisində inşa olunan hotelin sahəsi 1400 kvadrat metrdir. Obyekt 2 200 000 manata təklif olunur.
Hotelin satılmasının səbəbi isə adı açıqlanmayan sahibinin ölkədən köçməsi ilə əlaqədadır.
Hotel 2018-ci ildə istismara verilib.
Xatırladaq ki, bundan əvvəl Qəbələ rayonunun Vəndam qəsəbəsində tikintisi dayandırılan daha bir hotel kompleksli istirahət mərkəzi də satışa çıxarılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay