Azərbaycanın üzüm aldığı ölkələr və marketlərdə satışı - QİYMƏTLƏR, CƏDVƏL
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 3 min 309 ton 910 kiloqram miqdarında qurudulmuş üzüm gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun alışına 7 milyon 674 min 420 ABŞ dolları vəsait xərclənib. İdxal olunan məhsulun bir kiloqramının orta qiyməti 2,31 ABŞ dolları (3 manat 94 qəpik) olub. Ən baha qurudulmuş üzümün alındığı ölkə Almaniya olub. Belə ki, Almaniyadan Azərbaycana 10 kiloqram qurudulmuş üzüm gətirilib və buna 60 dollar pul ödənilib. İdxal olunan məhsulun bir kiloqramının orta qiyməti 6 dollar (10 manat 20 qəpik) olub.
Azərbaycana qurudulmuş üzüm gətirilən ölkələr və onun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Qurudulmuş üzüm | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | Bir kiloqram üçün orta qiymət (manat) |
Özbəkistan | 1521,5 | 4233,06 | 4,72 |
Tacikistan | 22 | 46,2 | 3,57 |
Cənubi Afrika Respublikası | 11 | 37,11 | 5,73 |
Çili | 0,06 | 0,29 | 8,21 |
Hindistan | 109,99 | 216,99 | 3,35 |
İran İslam Respublikası | 1607,13 | 2998,74 | 3,17 |
Türkiyə | 38,22 | 141,97 | 6,31 |
Almaniya | 0,01 | 0,06 | 10,2 |
Valyuta.az |
Bu dövrdə Azərbaycandan cəmi bir ölkəyə quru üzüm satılıb. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunan 70 kiloqram qurudulmuş üzümdən 860 dollar vəsait əldə olunub. İxrac olunan məhsulun bir kiloqramının orta qiyməti 12,28 dollar (20 manat 88 qəpik) təşkil edib.
Rəsmi mənbələrdə olunan məlumata görə, ötən ay Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan idxal qurudulmuş üzümün bir kiloqramının orta qiyməti 8 manat 52 qəpik təşkil edib ki, bu da xaricən alış qiymətindən 4 manat 58 qəpik və ya 2 dəfədən çox bahadır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay