Dənizkənarı Bulvar İdarəsi ilə 10 manatlıq şirkət arasında 198 minlik müqavilə
Dənizkənarı Bulvar İdarəsi yaşıllıq sahələrinə qulluq üçün 2024 ildə istifadə olunacaq gübrə, torf və dərmanların satın alınması üzrə elan etdiyi tendərə yekun vurub
Valyuta.az xəbər verir ki, tenderin qalibi "NURON" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Bulvar İdarəsi ilə MMC arasında bağlanan müqaviləyə əsasən gübrə, torf və dərmanların satın alınmasına 198.966.44 AZN xərclənəcək.
Açıq mənbələrdə haqqında heç bir məlumat olmayan şirkət 2023-cü ilin 18 sentyabrında yaradılıb.
Şirkətin hüquqi ünvanı Bakı Şəhəri Nizami rayonu Cəmşid Naxçıvanski ev 45, m 45-dir. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Süleymanov Nuru İsmayıl oğludur.
2023-cü ilin 18 sentyabrında yaradılan şirkət 1 ay sonra Dənizkənarı Bulvar İdarəsinin elan etdiyi tenderin qalibi olub. Bundan əlavə MMC ötən il ərzində, iki, bu ilin ilk iki ayında bir tenderin qalibi olub. Həmin tenderlərləri isə Bakı Bulvar İdarəsi keçirib. Hər üç tenderin ümumi maddi dəyəri 429.162 AZN olub.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay