Sumqayıtda bazar-bələdiyyə toqquşması
Sumqayıt şəhər bələdiyyəsi ilə RSHT Şirkətinin Ticarət Mərkəzi arasında qalmaqal yaranıb.
Valyuta.az xəbər verir ki, RSHT Şirkətinin Ticarət Mərkəzi bələdiyyəni məhkəməyə verib.
İşin mahiyyət barədə açıq mənbələrdə məlumat yoxdur.
İşə Sumqayıt Şəhər Məhkəməsində baxılacaq.
Könül Həbibova iş üzrə hakim təyin edilib.
RSHT Şirkətinin Ticarət Mərkəzi Sumqayıtda “Şərq bazarı” kimi tanınan obyektdir.
“Şərq bazarı”nın əsası 1988-ci ildə qoyulub. 1997-ci ildən isə bura RSHT Şirkətinin Ticarət Mərkəzi adı altında fəaliyyət göstərib. Bununla belə, Sumqayıtda hələ də bura “Şərq bazarı” deyilir.
Obyek bir neçə ildir ki, fəaliyyətini dayandırıb. Bəzi iddialara görə, bazar və onun ərazisi mübahisəlidir. Ona görə də nə sökə, nə də yenidən inşa edə bilirlər.
Ehtimal olunur ki, Ticarət Mərkəzi ilə bələdiyyə arasındakı məhkəmə çəkişməsinin kökü də bu mübahisə ilə əlaqədardır.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay