Xəbər
19.02.2024 / 18:50
Şirkət ona yazılan 2 milyonluq vergi ilə razılaşmır - İş məhkəmədədir
42589
“Meqapolis-2012” MMC ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, bu mübahisədən dolayı şirkət Baş idarəni məhkəməyə verib.
İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti “Meqapolis-2012” MMC verib.
Şirkətin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Gülnar Cabbarovanın sədrliyi ilə baxılacaq.
Araşdırmalarımız zamanı məlum olub ki, “Meqapolis-2012” MMC-yə 2 684 216,15 vergi borcu yazılıb. Lakin şirkət bu məbləğlə razı deyil.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay