Xəbər
19.02.2024 / 16:30
Keçmiş şöbə rəisi SOCAR-ın Sosial İnkişaf İdarəsinə qarşı
42587
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsi məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı Mustafayev Zülfüqar Həsən oğludur.
Onun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq.
Şahin Abdullayev iş üzrə hakim təyin edilib.
İşin mahiyyəti əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir.
Əldə etdiyimiz məlumata görə, Zülfüqar Mustafayev Sosial İnkişaf İdarəsində şöbə rəisi vəzifəsində işləyib.
Bu barədə onun “Linkedin” hesabında da qeyd var.
Lakin Zülfüqar Mustafayev hansı şöbəyə rəhbərlik etdiyini yazmayıb.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay