BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
42432

Avropada futbolçulara ən çox məvacib verən klubların yeni siyahısı hazırlanıb.

Valyuta.az xəbər verir ki, İspaniya nəhəngi “Barselona”, ​​maaşları azaltmaq cəhdlərinə baxmayaraq, hələ də bu göstəricidə qitədə birincidir. Klubun maliyyə problemləri heç kimə sirr deyil, “Barselona” rəsmiləri maaşların endirilməsi zərurətini açıq şəkildə etiraf edib və xərcləri azaltmaq üçün pərdə arxasında çoxlu addımlar atılır.

Bununla belə, UEFA-nın Avropa Klub Maliyyəsi və İnvestisiya Landşaftının hesabatına görə, “Barselona” hələ də 639 milyon avro ilə Avropanın ən böyük əmək haqqı fonduna sahibdir. Bu rəqəm 2023-cü ildə futbolçulara 617 milyon avro məvacib verən PSJ-ni bir qədər üstələyir. İngiltərə klubu “Mançester Siti” 554 milyon avro əmək haqqı ilə turnir cədvəlində üçüncüdür və ilk “üçlük”lə siyahıdakı digər komandalar arasında əhəmiyyətli məsafə var. 453 milyon avro ilə “Real” dördüncü ən böyük əmək haqqı fonduna malik klubdur. “Liverpul” isə 429 milyon avro ilə ilk “beşliy”i tamamlayır. “Bavariya”nın 2023-cü il üçün xərcləməsi 416 milyon avro olub. “Çelsi” isə yeddinci (397 milyon avro) yerdədir, lakin klubla bağlı son məlumatlar 2022-ci ilə aiddir və onların hazırkı maaş büdcəsi ilə müqayisədə tam dəqiq olmaya bilər.

Tarixin ən bahalı heyətinə sahib olmasına baxmayaraq, “Mançester Yunayted” cəmi 381 milyon avro əməkhaqqı ödəyir. “Tottenhem”də də 381 milyon avro ilə böyük bir geriləmə var. İlk “onluğ”u 283 milyon avro ilə "Yuventus" qapayır.

Valyuta.az Avropada ən çox əməkhaqqı ödəyən klubların siyahısını təqdim edir:

“Barselona” - 639 milyon avro
PSJ - 617 milyon avro
“Mançester Siti” - 554 milyon avro
“Real” - 453 milyon avro
“Liverpul” - 429 milyon avro
“Bavariya” - 416 milyon avro
“Çelsi” - 397 milyon avro
“Mançester Yunayed” - 381 milyon avro
“Tottenhem” - 289 milyon avro
“Yuventus” - 283 milyon avro
“Arsenal” - 270 milyon avro
“Atletiko” - 245 milyon avro
“Borussiya” - 236 milyon avro
“İnter” - 230 milyon avro
“Aston Villa” - 223 milyon avro
“Lester” - 215 milyon avro
“Nyukasl” - 215 milyon avro
“Leypsiq” - 192 milyon avro
“Everton” - 191 milyon avro
“Roma” - 181 milyon avro

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Kommersant T.A" cərimə olunur

"Dragon Motors Sales" barəsində protokol niyə yazılıb?

ALROSA almaz layihəsindəki payını Oman dövlət fonduna satdı

"Bakı Süd Co" cərimələnə bilər

Moldova "Qazprom"a olan 709 milyon dollar borcu ödəməyəcək

Bu şirkət gömrük qaydalarını pozmaqda ittiham olunur

Cənubi Koreya təhsil sistemi yenilənir: Süni intellekt əsaslı dərsliklər təsdiq olundu

Naxçıvanın təcili tibbi yardımı üçün 2 tır alınacaq - 3,9 milyonluq layihə

Yaponiya və Çin ABŞ dövlət borcuna investisiya qoymaqdan imtina edir

"Sarens Azerbaijan" məhkəmə qarşısında

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Trampın qaydışı, investorların qorxuları... - Avro populyarlığını itirir

"Intel"in çip layihəsindən sonra Almaniya yeni subsidiyalar hazırlayır

Bəzi universitetlərdə 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin