Tofiq Heydərovun rəhbəri olduğu şirkətlər məhkəməyə verildi
"AAAF Park" MMC, “AAAF-inşaat” MMC və "AAAF Park Xırdalan" MMC məhkməyə verilib.
Valyuta.az-ın məlumatına görə, hər üç şirkət barəsində 9 şəxs tərəfindən məhkəməyə şikayyət olunub.
Şirkətlər barəsində məhkəməyə şikayət edənlər Hacımuradov Ceyhun Hacıəhməd oğlu, Səfərov Mahir Fəzail oğlu, Abdıyev Səid Əhməd oğlu, Baxşıyev Rəşad Bəkkişi oğlu, Abdullayev Rustam Tofiq oğlu, Əlizadə İlqar Tahir oğlu, Salmanov Kənan Vahid oğlu, Bağırov Aydın Əsədulla oğlu, Məmmədov Azad Eynalı oğludur.
Sözügedən vətəndaşlar "Aaaf Park Xırdalan"da inşaa olunan yaşayış sahəsi üzrə mübahisələrdir. Sözügedən mübüahisələr illərdir davam edir.
İş Abşeron Rayon Məhkəməsinin hakimi Elman Məmmədovun icraatındadır.
Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovdur. Vətəndaşlar onun rəhbəri olduğu şirkətlə bağlı dəfələrlə Abşeron məhkəməsində iddia qaldırıblar. Maraqlıdır ki, hər dəfə işə hakim Elman Məmmədovun sədrliyi ilə baxılır.
Sadiq İsbəndərov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay