BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
42311

Hüquqlarını müdafiə etdiyi şəxsdən 15 min manat alan vəkil Misir Şahquliyev barəsində cinayət işi açılıb və o, polisin nəzarətinə verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Valyuta.az-a bildirilib ki, Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vəkillər Kollegiyasının iştirakı ilə araşdırma aparılıb.

Araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulmuş və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Kommersant T.A" cərimə olunur

"Dragon Motors Sales" barəsində protokol niyə yazılıb?

ALROSA almaz layihəsindəki payını Oman dövlət fonduna satdı

"Bakı Süd Co" cərimələnə bilər

Moldova "Qazprom"a olan 709 milyon dollar borcu ödəməyəcək

Bu şirkət gömrük qaydalarını pozmaqda ittiham olunur

Cənubi Koreya təhsil sistemi yenilənir: Süni intellekt əsaslı dərsliklər təsdiq olundu

Naxçıvanın təcili tibbi yardımı üçün 2 tır alınacaq - 3,9 milyonluq layihə

Yaponiya və Çin ABŞ dövlət borcuna investisiya qoymaqdan imtina edir

"Sarens Azerbaijan" məhkəmə qarşısında

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Trampın qaydışı, investorların qorxuları... - Avro populyarlığını itirir

"Intel"in çip layihəsindən sonra Almaniya yeni subsidiyalar hazırlayır

Bəzi universitetlərdə 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin