“Real” tarixinin ən dəyərli oyunçuları
“Real” çərşənbə axşamı Çempionlar Liqasında Almaniya təmsilçisi “Leyptsiq”i 1:0 hesabı ilə məğlub etdi. Oyun öncəsi zədələrin böyüklüyünü nəzərə alsaq, İspaniya nəhəngi üçün nəticə qənaətbəxşdir. Çünki zədə üzündən David Alaba, Eder Militao, Antonio Rüdiger və Tibo Kurtios baş məşqçi Karlo Ançelottinin sərəncamında deyildi. Amma şübhəsiz, ən böyük itki Cud Bellinqemin yoxluğu idi. Hətta o qədər böyük itki idi ki, “Los Blancos”un sönük çıxışı ingilis futbolçunun qısa müddət ərzində yeni komandası üçün nə qədər vacib olduğunu bir daha vurğuladı.
Yay transfer pəncərəsində 103 milyon avro qarşılığında İspaniya paytaxtına köçdükdən sonra Bellinqem komandası üçün əsas fiqura çevrildi. 20 yaşlı istedad bütün yarışlarda Madrid klubunun heyətində meydana çıxdığı 29 oyunda 20 qola, səkkiz məhsuldar ötürməyə imza atıb. Bu nəticə ilə o həm də Kərim Benzemanın gedişindən sonra yaranan boşluğu doldurmaq üçün bir addım atdı. Təkcə La Liqada Bellinqemin 21 oyunda vurduğu 16 qol komandasının ümumi qollarının 31%-ni təşkil edir. Özlüyündə əlamətdar bir statistik göstəricidir. Qısa müddətdə belə heyrətləndirici qol sayının arxasında duran səbəblər Bellinqemə Ançelottinin taktikasında xeyli azadlıq verilməsi ilə əlaqələndirilə bilər. İspan klubu Avropa futbolunun ən yaxşı müdafiəçi və yarımmüdafiəçilərindən bəzilərinə sahib ola bilər. Lakin Madrid klubunun heyətində az sayda oyunçu Bellinqem kimi driblinq, zərbə və qol vurmaq qabiliyyətinə malikdir.
“Borussiya”dakı (Dortmund) son mövsümü ilə müqayisədə Bellinqhemin “artır”dığını demək mümkündür. İspaniyaya gələndən sonra vurduğu qolların sayı demək olar ki, üç dəfə artıb. Bu, gənc ulduz üçün nəinki əlamətdar qayıdış, həm də istənilən hücumçunun fəxr edəcəyi orta göstəricidir. Hazırda dünyanın ən bahalı futbolçuları sırasında olan Bellinqem “Real” tarixində bu göstəriciyə görə ikinci yerdədir. Bəs Madrid təmsilçisinin ən bahalı futbolçuları kim olub?
Valyuta.az klubun transfer etdiyi ən bahalı futbolçuların siyahısını təqdim edir.
Eden Azar (“Çelsi”) - 115 milyon avro (2019/20)
Cud Bellinqem (“Borussiya”, Dortmund) - 103 milyon avro (2023/24)
Qaret Beyl (“Tottenhem”) - 101 milyon avro (2013/14)
Kriştiano Ronaldo (“Mançester Yunayted”) - 94 milyon avro (2009/10)
Aurelien Çumaeni (“Monako”) - 80 milyon avro (2022/23)
Zinəddin Zidan (“Yuventus”) - 77,5 milyon avro (2001/02)
Xames Rodriges (“Monako”) - 75 milyon avro (2014/15)
Kaka (“Milan”) - 67 milyon avro (2009/10)
Luka Yoviç (“Ayntraxt”) - 63 milyon avro (2019/20)
Luiş Fiqu (“Barselona”) - 60 milyon avro (2001)
Eder Militao (“Porto”) - 50 milyon avro (2019/20)
Ferland Mendi (“Lion”) - 48 milyon avro (2019/20)
Ronaldo Luis Nazario (“İnter”) - 45 milyon avro (2002/03)
Vinisius Junior (“Flamenqo”) - 45 milyon avro (2018/19)
Rodriqo (“Santos”) - 45 milyon avro (2019/20)
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay