İlknur haqda yeni cinayət işi başlanıldı
Dələduzluğa görə bacısı ilə birgə həbsdə olan İlknur Turkut haqda yeni cinayət işi başlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Turkut Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib. O, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.
Bu günlərdə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşi hakim Zamiq Bağırov araşdıracaq.
Qeyd edək ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər. İttihama görə bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək 1 milyon manata yaxın ziyan vurublar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay